Nazirliyinin zavodunda qəza baş verib

6 İyul 2015 14:10 (UTC+04:00)

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib. Müdafiə Sənayesi Nazirliyindən (MSN) SİA-ya verilən xəbərə görə, bu gün Nazirliyin Şirvan şəhərindəki Telemexanika Zavodunda istehsalat qəzası baş verib. Qəza zamanı zavodun sexlərindən birində partlayış qeydə alınıb.

Qeyd edək ki, qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.