1,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib

6 İyul 2015 12:58 (UTC+04:00)

Cari ilin iyun ayında ölkə enerjisistemində 1,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-dən SİA-ya verilən xəbərə görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 6 ayı ərzinndə isə 11,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.