Asan Xidmət Qazaxda

6 İyul 2015 12:24 (UTC+04:00)

Səyyar Asan xidmət Qazax sakinlərinin işini asanlaşdırmaq üçün artıq 5 gündür qərb bölgəsindədir. 15 gün müddətində rayon sakinlərinə xidmət edəcək quruma müraciət edənlərin sayı artır. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi daxildir.

Artıq bu günə qədər 500-dən artıq rayon sakini şəxsiyyət vəsiqəsi, 300-dən artıq isə ümümvətəndaş pasportu almaq üçün müraciət edib. Qazax sakinləri Asan Xidmətin bölgədə xidmət göstərməsinin onların xeyrinə olduğunu bildirblər. Quruma müraciət edənlər əziyyət çəkmədən sənədləşmə işlərini həll etdiklərini bildirib.

Qeyd edək ki, 1-15 iyul tarixlərində Qazax, Tovuz və Ağstafa rayonlarının 350 000-ə yaxın sakini səyyar "ASAN xidmət"dən yararlana biləcək.

Kamran Əskiparalı