Milli bayrağı təhqir edən erməni rəqqasə cəza aldı

6 İyul 2015 11:46 (UTC+04:00)

Misir məhkəməsi dövlət bayrağının rənglərində olan kostyumda göbək rəqsi ifa etmiş erməni əsilli rəqqasə Safinaz (Tsovinar Qriqoryan) adlı qadının altı ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəqqasənin azad olunub olunmayacağı hələlik məlum deyil. Azadlıqdan məhrum etmə ilə yanaşı, rəqqasə həmçinin iki min dollar məbləğində cərimə də ödəməlidir.

Xatırladaq ki, bu cəza bir il əvvəl qüvvəyə minmiş milli bayrağın təhqir olunması haqqında qanuna müvafiq olaraq seçilib.