10-cu sinif şagirdi özünü binadan atdı

6 İyul 2015 11:39 (UTC+04:00)

Bakının Xətai Rayon Prokurorluğundan SİA-ya verilən xəbərə görə, Xətai rayon sakini 1999-cu il təvəllüdlü Gülnar Vəliyeva yaşadığı 9-mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.