Türkiyənin Manisa vilayətində yük maşını ilə işçiləri daşıyan avtobusun toqquşması nəticəsində 15 nəfər həlak olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həlak olanların sayının artacağı istisna edilmir. Xəsarət alanlar barədə hələlik məlumat verilmir. İlkin məlumata əsasən, qəzada həlak olanların hamısı Türkiyə vətəndaşlarıdır.