Kuba əhalisi simsiz internetlə təmin edilib

4 İyul 2015 16:48 (UTC+04:00)

Kubada simsiz internetə çıxışı olan 35 mərkəz açılıb. Mərkəzlərdən hər biri eyni vaxtda 100 istifadəçinin ümumdünya şəbəkəsindən istifadəsini təmin edir.

Bu ölkədə internet əvvəllər yalnız dövlət internet salonlarında və bahalı otellərdə var idi. İnternetdən əsasən əcnəbilər və yüksək vəzifəli məmurlar istifadə edirdi. Hazırda ölkə əhalisi simsiz internet - Wi-Fi ilə təmin olunub.

İnternetlə bağlı vəziyyət 2013-cü ildə dəyişməyə başlayıb. O vaxtdan Kubada 118 internet-kafe açılıb. Hökumət hətta ümumdünya şəbəkəsindən istifadə haqqını azaltmaq barədə göstəriş verib. Əvvəllər internetdən bir saat istifadə kubalılara 4,5 dollara başa gəlirdisə, indi onlar həmin vaxta görə 2 dollar ödəyəcəklər.