"Tək sənin yarın olum" ŞEİR

4 İyul 2015 11:27 (UTC+04:00)
Suda üzən balıq olum,

Qızıl pulcuq pəri olum

Üzüb sahildə can olum,

Təki sənin yarın olum.

Bir budaqda yarpaq olum,

Payız olum xəzəl olum

Bir küləyə qurban olum,

Təki sənin yarın olum.

Bağında bağbanın olum,

Gül üstündə bülbül olum

Valla istə cəh-cəh vurum,

Təki sənin yarın olum.

Yolunda mən tozun olum,

Ayaq altda izin olum

Ay yar sənə qurban olum,

Təki sənin yarın olum.

Bir incinin daşı olum,

Üzüyünün qaşı olum

Barmağına qonaq olum,

Təki sənin yarın olum.

Göydə böyük bulud olum,

Çevrilim gur yağış olum

Yanağına mən toxunum,

Təki sənin yarın olum.

Könül mehmanın olum,

Hicran qovub vüsal oum

Elnurəyəm arzum sənin,

Təki sənin yarın olum.

Elnurə Ağazadə