Podolski "Qalatasaray"da

4 İyul 2015 02:18 (UTC+04:00)

"Qalatasaray" Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Lukas Podolskinin transferini həll edib. Bu barədə Almaniyanın məhşur "Bild" qəzeti məlumat yayıb.

30 yaşlı alman futbolçu 4 milyon transfer haqqı qarşılığında İstanbul klubuna keçib. O "Qalatasaray"la 3 illik müqavilə imzalayacaq. Podolski Türkiyə çempionunda ilinə 3 milyon avro qazanacaq.