3 ildir yoxa çıxan müğənnimiz FOTOLAR

3 İyul 2015 13:15 (UTC+04:00)
Artıq 3 ildən çoxdur səhnədən, efirlərdən uzaq düşən ifaçı Samir Bağırov müğənni Rəqsanə İsmayılova ilə birgə görüntülənib. SİA-nın verdiyi xəbərə görə, məkanların birində fotokameraların obyektinə tuş gələn iki ifaçı maraqlı açıqlamalar veriblər. İfaçı S.Bağırov ortalıqda görünməməsini və Rəqsanə ilə bir araya gəlmələrinin səbəbini belə şərh edib: "Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm. Amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram".

Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib: "Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Surpriz olsun. İnşallah, yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı proyekt hazırlayırıq. Səbr edin, tezliklə özünüz şahidi olacaqsınız".