“Nabat” Beynəlxalq Film Festivalında FOTO

3 İyul 2015 11:18 (UTC+04:00)

Elçin Musaoğlunun "Nabat" bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək FIVE LAKES Beynəlxalq Film Festivalında (Fünf Seen Film Festival) nümayiş olunacaq. SİA-nın məlumatına görə, film festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, bu "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının (International Filmfestival Mannheim-Heidelberg) əsas müsabiqə proqramında təqdim olunub və festivalın 3 nüfuzlu mükafatına layiq görülüb.("Mannheym-Heydelberq","Beynəlxalq kinotənqidçilər", "Ecumenical münsiflər" mükafatları)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.