"Sevənim yoxdu" ŞEİR

2 İyul 2015 16:21 (UTC+04:00)

Baxırsan gözəldi, amma yox ağlı,

Geyimi cəlb edir, olsa da bağlı.

Axtarır imkanlı, villalı, bağlı,

Mən isə kasıbam sevənim yoxdu.

Bahalı hədiyyə, bahalı geyim,

Əyləncə, qızıllar, daha nə deyim.

Bunları görürəm qalmayıb heyim,

Bu cavan yaşımda sevənim yoxdu.

Orxan Bəşirov