Saf əqidəli qələm sahiblərinin iham mənbəyi

2 İyul 2015 10:21 (UTC+04:00)

Bir neçə gün öncə baş tutan qalibiyyət mərasimi gecənin qaranlığına nur saçan atəşfəşanlıqla tariximin bir gününə də qızıl möhür vurdu. Bəli, biz insanlıq yarışmasında hədəfi düzgün seçdiyimizə görə bütün rəqiblərimizə qalib gəldik. İyrənc niyyətli xəbislərin canfəşanlıqla işə saldıqları təbliğat mexanizmi arxaik xülyaları gerçəkləşdirə bilmədi. Gözlə görünməsi mümkün olmayan, mizan-tərəzidə bütün ölçü vahidlərini üstələyən inkişaf tendensiyamız Avropanı, bəlkə də bütün dünyanı ağlımız- kamalımız önündə tərksilah olmağa məcbur etdi. Və heç şübhə yoxdur ki, bu cür möhtəşəm irəliləmə nə Qərbli, nə də Avropalı bir liderin düşüncəsinin məhsulu ola bilməzdi. Hətta üzü şümaldan-şümal olan şimallı qonşmuzu da ugurlarımız şok vəziyyətinə sala bildi. Bəli, biz inqilab eləmişik və bu nailiyyətlər rəhbərin dövlətçilik prinsiplərinin möhkəmliyindən, şəxsiyyət uzaqgörənliyindən bəhrələnib. Əgər gəminin kapitanı müəyyən etdiyi kursda irəliyə dogru hərəkət istiqamətini əlindəki binoklun gözü ilə deyil, ağlının baxarı ilə müəyyən edə bilməsə taleyinə cavabdeh olduğu insanları ömrün sahibinə layiqincə çıxara bilərmi?! Dövlət onu idarə edən liderin qüdrəti ilə güclü olur. Kiçik bir dövləti belə əgər mənsub olduğu xalqın olduqca çevik agıla sahib olan mətin oğlu, yaxud qızı idarə edərsə onda o məmləkətə zaval yoxdur, o məmləkət hamını üstələyəcək, lap böyük dövlətləri də.

Azərbaycan xalqı Tanrının sevgisinə onda tuş gəldi ki, onun taleyi 2003-cü ildə kimliyindən asılı olmayaraq heç kəsə deyil, məhz İlham Əliyev kimi dərin düşüncə sahibi olan sağlam ruhlu bir gəncə etibar olundu. Həm öz ətrafımızda, həm də dövrəmizdə pusquda duran naqislərin gözləmədikləri uğurlara imzalar atıldıqca şöhrətimiz, qüdrətimiz daha da artmağa başladı. Azərbaycan anbaan, saatbasaat böyüdü. Müstəqillik yaşı hələ çox kiçik olan balaca bir dövlətin dirçəlişi böyük qısqancıqlarla müşahidə olunurdu. Biz hamının gözü qarşısında ucaldıq, boya-başa çatdıq, sözümüz keçərli, dilimiz kəsərli olmağa başladı. Nədə idi görən bunun sirri? Ölkəmizə yaxından bələd olmayan bir kimsəni bəlkə də bu həqiqətlərə inandıra bilməzdik. - Bu, reallıqdan çox-çox uzaq olan bir əfsanədir, nağıldır- deyərdi. Onda mən də təbirimi zərrəcə pozmadan o yazıq məxluqa üzümü tutub söyləyərdim: - Sən haqlısan, qardaş, kim inanır ki bu dirçəlişimizə, hələ bir sən də inanasan. Amma, bax, şəxsən mən sənin nağıla bənzətdiyin həmin məmləkətin söz sahiblərindən biriyəm. Prezidentim də ki nə insan hüquqları mütəmadi olaraq kəskin surətdə pozulan, "öz gözündə tiri görməyib, başqasının gözündəsə tük axtaran" bir ölkənin rəhbəri deyil, nə də öz dindaşlarına növbə ilə divan tutan – Gürcüstanı parçalayan, Ukraynanı parçam-parçam eyləyən, Ermənistanı timsah kimi udan bir məmləkətin sarıdərili başqanı, nə də heç onlara bənzər olan başqa hökmdarlar. Mənim Prezidentim Ulu Tanrının ən sevimli bəndəsi, bənzərsiz lider, saf əqidəli qələm sahiblərinin İlham mənbəyi olan İlham Əliyevdir.