Bu gecə 2 avtomobil yanıb

2 İyul 2015 10:06 (UTC+04:00)

Bu gecə Suraxanı rayonunda 2 avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "SsangYong" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda həmçinin vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin də mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.