"Xəzər Lənkəran" futbol klubu və syerra-leoneli yarımmüdafiəçi Alfred Sanko qarşılıqlı razılıq əsasında mövcüd müqaviləyə xitam veriblər. SİA-nın məlumatına görə, ötən ilin yayında komandaya cəlb olunan Sanko ümumilikdə 26 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib.
Həmçinin, müqavilə müddəti başa çatan Ruslan Cəfərov və Elnur İsmailov da klubdan ayrılıb.
"Xəzər Lənkəran" futbol klubu hər bir futbolçuya komandada çıxış etdiyi müddət ərzində xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.