SOCAR 2015-ci ilin iyun ayında Supsa limanından 339 min 20 ton, Ceyhan limanından 1 milyon 925 min 699 ton xam neft ixrac edib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 524 min 900 ton, Ceyhan limanından isə 9 milyon 203 min 947 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.