Küləkli hava davam edəcək PROQNOZ

1 İyul 2015 12:47 (UTC+04:00)

İyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir mülayimləşəcək. Havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.