Yeni duet ortaqları ortaya çıxdı

1 İyul 2015 11:25 (UTC+04:00)

Müğənnilər Şəbnəm Əsədova və Yaşar Yusub bir araya gəlib. SİA-ya açıqlama verən Şəbnəmin prodüseri Təranə Səmədova ifaçıların birgə duet ərsəyə gətirdiklərini deyib: "Yaşarla Şəbnəm yeni duet üzərində çalışırlar. Sənətçilərin ərsəyə gətirdikləri duet ritmikdir. Mahnının adı "Sevirəm mən səni" adlanır. Bəstənin sözləri aparıcı Cavid Gülə, sözləri Yaşar Yusubun özünə aiddir. Düşünürük ki, uğurlu duet olacaq və dinləyicilər tərəfindən bəyəniləcək".