SİA müqəddəs Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını, həmçinin gündəlik oxunacaq duaları oxucularına təqdim edir:
30 İyun
İftar vaxtı:: 21:31
1 iyul
İmsak vaxtı: 04:43
Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla.
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"