Dünyanın ən sürətli smartfonu

30 İyun 2015 00:21 (UTC+04:00)

Smartfon istehsalçıları hər il bir-biri ilə prosessor, diaqonal, ekranın və kameranın təsvir ölçüsü və başqa xarakteristikalarla rəqabət aparır. Ekspertlər hansı istehsalçının aktual aparatının dünyada ən sürətli olmasını araşdırıblar.

İCTnews xəbər verir ki, "Tom`s Guide" ekspertləri 6 qabaqcıl smartfonu 9 test üzrə müqayisə edərək ən sürətli qabaqcıl smartfonu müəyyən ediblər.

9 testin 6-da birinci pilləni tutmuş "Samsung GALAXY S6 edge" smartfonu reytinqin lideri olub və dünyanın ən sürətli smartfonu adına layiq görülüb.