Misirin baş prokuroruna sui-qəsd edilib

29 İyun 2015 20:49 (UTC+04:00)

Naməlum şəxslərin Misirin baş prokuroru Hişam Bərəkətin avtomobilinin altına qoyduqları partladıcı qurğunu işə salması nəticəsində məmur çiynindən yaralanıb. Onu müşayiət edən bir neçə polis nəfəri də yaralanıb.

Yerli KİV-lər xəbər verirlər ki, hazırda baş prokuror xəstəxanaya çatdırılıb.