Franspress agentliyi bağlanış mərasimindən yazdı

29 İyun 2015 10:58 (UTC+04:00)

Azərbaycanda keçirilən "Bakı 2015" Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. SİA-nın xəbərinə görə, Franspress agentliyi Bağlanış Mərasimi ilə bağlı bu cür başlıqlı məqalə yazıb.

"Rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi" - deyə, məqalədə vurğulanır.

Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib: "Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktura və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi".