"Neftçi" Avstriyada son yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, komanda Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşıb. Futbolçularımız çoxsaylı qol epizodları yaratsalar da hesabı açmaq mümkün olmayıb. Əvəzində "Şaxtyor" oyunun sonlarına yaxın qələbə qolunu vurmağı bacarıb. "Neftçi" bu görüşə aşağıdakı start heyəti ilə çıxıb:
1.Aqil Məmmədov, 20. Kamal Qurbanov, 95. Elvin Bədəlov, 5. Melli, 6. Ailton, 17.Rəhman Hacıyev, 8. Elşən Abdullayev, 7.Araz Abdullayev, 21. Samir Məsimov, 14. Məhəmməd Qurbanov, 15. Ruslan Qurbanov.
Əvəzlənərək meydana daxil olan futbolçular:
Martin.Boqatinov, Kaue,Cavid İmamverdiyev,Mirabdulla Abbasov, Nicat Qurbanov, Rahil Məmmədov, Orxan Qurbanlı













