"Əziz müəllim" ŞEİR

27 İyun 2015 11:55 (UTC+04:00)

Nəsillərə paylayır,

Gözlərinin nurunu,

Ən çətin anda belə

İtirmir qürurunu.

Şagirdlərə bölür o

Qazandığı varını.

Qoymarıq itirə o

Bizə etibarını.

Əziz müəllimimin

Qayğı yağır gözündən.

Çətinliyə düşürük,

Bir yol çıxsaq sözündən.

Bizə düz yol göstərən,

Sənsən, əziz müəllim,

Arzusuna qovuşmaz.

Sözündən çıxsa hər kim.

Sərdar Zeynal