Bu gün Azərbaycan dövlətçiliyinə və müstəqlilliyinə qarşı artan hücümlar sırasında sapı özümzüdən olan baltalaraın da dayanması şübhəsizdir. Radikal müxalifət və onlara ağalıq edən bir sıra xarici siyasi dairələr, o cümlədən erməni lobbisi dayanmadan hücumlarını davam etdirmələrinə rəğmən, hər dəfə rüsvayçı məğlubiyyətləri ilə geri çəkilməli olurlar. Bu səəbəbdən, onu da qeyd etmək mümkündür ki, belə olan məqamda Rüstəm İbrahimbəyov kimi xəyanətkarlar ortaya atılır.
Sirr deyil ki, hələ 2013-cü il prezident seçkilərindən öncə "Ziyalılar Forumu" adlı təşkilat yaradan Rüstəm İbrahimbəyov həmin qurum vasitəsilə erməni lobbisinə işləməyə başladı. Adlarını "ziyalı" qoyan bir sıra satqınlar və xəyanətkarlar toplumu bu və ya digər səpgili çıxışları ilə radikal müxalifətlə əlbir olub, Azərbaycana qarşı aparılan iş birliyinə "töhfələrini" verməkdəydilər. Məhz həmin vaxtlarda adı müxtəlif dələduzluq məsələlərində, korrupsiya hallarında çəkilən Rüstəm İbrahimbəyov "Ziyalılar Forumu"nda özünümüdafiə dəstəsi toplayaraq, guya heç bir günahının olmadığını sübuta yetirməyə çalışırdı. Söz yox ki, İbrahimbəyovun belə bir vəziyyəətə düşməsi radikal müxlaifət üçün də göydəndüşmə idi. Çünki "Milli Şura"nın yaradıldığı bir dövrdə ölkə mətbuatında tez-tez adı hallanan İbrahimbəyovun sədr gətirilməsi müxalifəətin hesabınca, onlara siyasi divident verəcəkdi. Bu barədə isə az sonra qeydlər edəcəyik.
Beləliklə, "Ziyalılar Forumu"nda Əkrəm Əylisi kimi erməni aşiqi olan Vətən xainlərini toplayan İbrahimbəyov eyni zamanda "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" adlı separatçı qurumun da yaradılmasına şərait yaratmışdı. Bununla da Rüstəm İbrahimbəyovun kimlərinsə göstərişi ilə siyasi proseslərə baş vurması, bununla kifayətlənməyərək dövlətçilik əleyhinə fəaliyyətləri dəstəkləməsi deyilənləri təsdiqləmiş olur.
İndi isə yenidən qatyıdaq "Milli Şura"da Rüstəm İbrahimbəyov dövrünə. Bəri başdan qeyd etmək olardı ki, uzun illər ölkə müxalifətində yararsızlıqlarını dərk edərək, ötən prezident seçkilərində də heç nə ıldə edə bilməyəcəklərini dərk edən AXCP və Müsavat, o cümlədən, həmin vat orada təmsil olunan digər müxlaifət partiyalarının "liderləri" guya yenilik edərək, Rüstəm Ibrahimbəyovdan öz xeyirləri üçün istifadə etməyə çalşdılar. Bir müddət "Milli Şura"nın sədri olan Rüstəm İbrahimbəyovun sonradan ikili vətəndaş olması amilinin ortaya çıxması növbəti xəyanətkarın - Cəmil Həsənlinin sədr olması ilə əvəzləndi. Amma bu, "Milli Şura"ya sərf etmirdi. Çünki Rüstəm İbrahimbəyovun birdəfəlik getməsi maliyyənin də getməsi anlamını verirdi. Məhz həmin ərəfədə İbrahimbəyova "Milli Şura"nın "fəxri sədri" adını verdilər və o da erməni lobbisi qarşısında göstərdiyi xidmətlərinə görə əldə etdiyi qazancının bir hissənini həmin qurumun fəaliyyətinə yönəltdi.
Əbəs yerə deyil ki, İbrahimbəyov zaman-zaman erməni lobbisinin sifarişi ilə Azərbaycan xalqını və dövlətini aşağılayan fikirlər səsləndirib, nə qədər xəyanətkar ünsür olduğunu sərgiləyir. Kiçik bir xatıratma: Rüstəm İbrahimbəyov iki il öncə Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibəsində Azərbaycana qarşı düşmənçilikdə həmfikir olduğu Əkrəm Əylislinin "Daş yuxular"dakı yolunu davam etdirmişdi.
Daşnaksyütün partiyası ilə qardaşlıq telləri
"Rosbalt"a müsahibəsində Rüstəm İbrahimbəyov nə qədər acı da olsa, Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənib və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirib. Mədəniyyətlə siyasətin sintezini özündə əks etdirən kinorejissor utanıb-qızarmadan erməniləri münaqişənin qurbanı (?!) hesab etmişdi... Əslində Rüstəm İbrahimbəyovdan başqa bir fikir eşitmək də sadəlövhlük olardı. Çünki "məşhur" kinorejissorun yaxın keçmişdə ermənilərə olan sevgisi əksəriyyətə bəllidir.
Məsələn, hələ ötən əsrin 80-90-cı illərində kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü də gizlətməmişdi. O zaman Rüstəm İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. Bu yaxınlarda isə o, bu fikrilərini yenidən təkrarlayıb. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısına yaraşmayan şəkildə bildirirdi ki, o, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır. Bax, budur xəyanətin gerçək üzü!
Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağdan olan və Daşnaksyütün partiyasına bağlılığı ilə tanınan və radikal millətçi, antitükçü baxışları olan rejissor Roman Balayanla da sıx əlaqələri olub. Hətta İbrahimbəyov Roman Balayanla birlikdə film çəkməkdən də imtina etməyib. Sonradan isə kinorejissor əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnak partiyasının rəsmisini həmkar adı ilə Bakıya dəvət edib, yedizdirib, içizdirib, evində, bağ villasında qonaq saxlayıb. Digər tərəfdən, Rusiya, Fransa, Birləşmiş Ştatlarda tez-tez səfərlərdə olan Rüstəm İbrahimbəyovun bu ölkələrdəki erməni dostları ilə görüşdüyü, onlarla yaxın təmaslara malik olduğu da artıq cəmiyyətə bəllidir. Məgər bu amilin özündə onun erməniçilik aşiqi olmasının çoxsaylı ştirxləri görünmürmü? Oa görə də İbrahimbəyovun
zamanında Əkrəm Əylislinin xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi xarakter daşımamışdı. Bu isə Rüstəm İbrahimbəyovun kosmopolit, anti-Azərbaycan ruhlu mövqeyindən irəli gəlir. Belələrinin özlərini azərbaycanlı adlandırması isə xalqımız, milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna əsl təhqirdir.
Onun davamlı şəkildə nümayiş etdirdiyi ermənipərəst mövqeyi həqiqətən də Azərbaycan adlı müqəddəs məmləkəti sevən hər bir kəsi hiddətləndirir. Bəli, çox təssüf edirəm ki, özünü Azərbaycan ziyalısı adlandıran Rüstəm İbrahimbəyov müsahibəsində Ermənistanın Azərbaycana düşmən olmadığını vurğulayıb! Bu gün Azərbaycanın 20 faiz torpağı işğal edildiyi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümz olduğu halda Rüstəm İbrahimbəyov bu cür zərərli, Azərbaycanın milli maraqlarına zidd olan açıqlamalar verir. Belə ki, bu ünsür bilməlidir ki, əgər Ermənistan Azərbaycana düşmən deyilsə, o halda 20 faiz ərazilərimiz necə işğal olunub və 1 milyona yaxın soydaşımız hansı səbəbdən qaçqın, məcburi köçkünə çevrilib.
Son olaraq isə bir də qeyd etmək tam yerinə düşərdi. Məsələn, bu gün Azərbaycan əleyhinə çıxış edən Rüstəm İbrahimbəyovu müdafiə edənlər məhz "Milli Şura" təmsilçiləri və orada özlərini "lider" hesab edənlərdirlər. AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli bu da azmış kimi, İbrahimbəyovun həmin fikirlərini öz təbirləərincə "təmizə" çıxarmaqla, guya onun fikrlərinin təhrif olunduğunu iddia edirlər. Yaxşı, əgər İbrahimbəyovun fikiri təhrif olunubsa, bu daha öncələr də verilmiş bənzər ermənipərəst açıqlamalarda da təhrif olunmuşdumu? Əlbəttə ki, bu belə deyil. Məlum olan isə budur, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının ermənilər qədər düşmənidir.