Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik təşkilatların fəaliyyəti" adlı hesabat müzakirə olunmuş və qətnamə qəbul edilmişdir. Niyə görə son vaxtlar Azərbaycana qarşı qarayaxma kompaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu Azərbaycanın yeritdiyi müsstəqil siyasət, azərbaycanın iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsidir. Əlbətdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir. Bu hücumlar I Avropa Oyunları zamanı daha da güclənmişdir. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçrilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalmışdır. Ancaq yalan və böhtanla Azərbaycanın günü-gündən artan nüfuzuna ləkə gətirmək.
Bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı Yerevan şəhərinə yönəlib. Elektrik enerjisinin tarifinin qaldırılması insanların "Qarətə son" şüarı altında kütləvi etrazına və küçələrə axmasına səbəb olub. Bu artım və yeni qiymət dünya ölkələri üçün çox da böyük artım deyildir, ancaq kasıb Ermənistan cəmiyyəti bu yeni qiymətləri ödəmək iqtidarında deyildir. Onsuzda Ermənistan dərin sosial-iqtisadi böhrandadır. Yaşayış səviyyəsi durmadan aşağı düşür. Bir neçe gündür ki Ermənistan hüquq mühafizə orqanları xüsusi amansızlıqla nümayişləri dağıdır, yüzlərlə nümayiş iştirakçısı polis tərəfindən saxlanılmışdır. Bu tədbirlərə baxmayaraq insanlar yenədə nümayişə çıxmağa davam edirlər. Artıq Ermənistanın bir çox şəhərləri bu aksiyaya qoşulmuşdur.
Ermənistan öz qonşuları - Azərbaycan və Türkiyə ilə normal münasibətləri saxlasa idi indiki acınacaqlı vəziyyətə düşməzdi. Bütün bunlar Ermənistanının son illər apardığı özünütəcrid siyasətinin nəticəsidir. Belə anti-hökümət çıxışları Avrpoanın və dünayının bir çox ölkələrində də baş verir. Ancaq elə bil dünyada heç nə baş vermir hər şey normaldır. Avropa Parlamenti bütün bunlara göz yumur elə bil heç nə baş vermir.
Sual olunur niyə bu üzdəniraq insan hüquq və azadlıqlarının müdafiəçiləri ATƏT, Avropa Parlamenti, Avropa Birliyi, Ermənistanın Paytaxtında baş verən kütləvi qanun pozuntularına göz yumurlar. Bir neçə illər bundan qabaq Ermənistanda Parlament güllə-baran ediləndə, müxtəlif nümayyəndələri qətlə yetiriləndi də bu üzdəniraq demokratlar susmuşdular.
Avropa Parlamentinin əsas vəzifələrindən biri də bu təşkilata üzv olan dövlətlər arasında sülh, dostluq, mehribanlıq münasibətlərinin yaranması və bu münasibətlərin daha da gücləndirilməsi olmalıdır. Çox təssüflər olsun ki, son illərdə biz bunun əksini görürük. Bu qüvvələr öz siyasətində ölkələr arasında bərabər hüquqlu əməkdaşlıq, dostluq, mehribanlıq prinsiplərinə daima əməl edən Azərbaycanı deyil bu prinsiplərin əksinə, öz qonşusunun torpaqlarını zəpt edən milyondan çöx azərbaycanlını öz torpaqlaından qovub çıxartmış Ermənistanı dəstəkləyirlər. Onlar yuxarıda qeyd olunan qətnaməni qəbul edərkən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanın Laçın rayonundan olan qaçqınların Ermənistan Respublikasına qarşı qaldırdıqları iddialarına görə qəbul edilmiş qərarınada məhəl qoymamışlar. Bu qərarda açıq aydın Ermənistan silahlı qüvvələrinin qarabağ konfiliktində birbaşa iştirak etməsi göstərilmişdir. Bundan başqa Avropa Məhkəməsi müəyyənləşdirmişdir ki, Ermənistan dövləti qarabağdakı cinayətkar qurumu hərbi, iqtisadi və maliyyə cəhətdən təmin edir. Artıq cinayətkarları öz adları ilə adlandırmaya daha nə lazımdır.
Ancaq Azərbaycanda kimlərəsə mövcud qanunları pozduqlarına görə məsuliyyətə cəlb olunanda üzdəniraq demokratlar onların müdafiəsinə qalxırlar. Çünki bu üzdəniraq "siyasi məhbuslar" Azərbaycanı gözü götürməyən qüvvələrin öz məkirli siyasətlərini yerinə yetirmək üçün əvəzolunmaz vasitələrdəndir. Ona görədə onların müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar.
Son vaxtlar baş verən proseslər göstərir ki, Azərbaycana qarşı bu qarayaxma kompaniyalarının aparılması Azərbaycanı öz seçdiyi yoldan döndərə bilməyəcəkdir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşərək qarşıya qoyulmuş strateji hədəflərə doğru inamla addımlayacaqdır.