Azərbaycan ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün texniki, təşkilatı işləri gördü. Beynəlxalq içtimaiyyətin dəstəyi ilə oyunların açılış mərasimi də yüksək səviyyədə baş tutdu. Dünyanın bir çox ölkələrinə birbaşa transliyasiya edilən bu füsünkar açılış mərasimi Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirləri alt-üst etdi. Təbii ki, xalqımız ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini, dünya ictimaiyətinin ölkəmizə verdiyi qiymətin bariz nümunəsi kimi qiymətləndirir. Xatırlatmaq yerinə düşər ki, ilk Olimpiya oyunlarının tarixi çox qədimlərə gedib çıxır. Olimpiya bayrağındakı beş halqa - beş qitəni, beş rəng isə bütün ölkələri təmsil edir. Təməli çox qədimlərə söykənən bu oyunun, ilk dəfə rəsmi oyun kimi təmsil olunması 1896-cı ildə Pierre de Coubertin tərəfindən gerçəkləşdirilmişdir. Ancaq olimpiadanın beşiyi isə çox qədimlərdən Yunanıstan sayılır. Məhz ona görədir ki, ölkəmizdə ilk Avropa Oyunlarının açılış mərasimində birinci olaraq tribunaların qarşısından Yunanıstan idmançıları keçdi. Həqiqətən açılış öz möhtəşəmliyi ilə ölkəmizə gələn idmançı və qonaqları heyran qoydu. Bunu ölkəmizdə olan əcnəbi idmançı və turistlərin KİV-ə verdikləri müsahibələr də təsdiq edir. Hətta onlar növbəti olimpiadaların belə gözəl və möhtəşəm, qüsursuz keçəcəyinə inanmadıqlarını da gizlətmirlər.
Ölkəmizdə ilk Avropa Oyunlarının təntənəli açılışını elan edən ölkə Prezidenti İlham Əliyev Avropalı idmançıları və qonaqları salamlayaraq idmançılara ugurlar arzuladı. Artıq yarışlar on iki gündür ki başlayıb. İdmançılarımız bir birinin ardınca böyük qələbələrə imza atmaqda davam edirlər. Uğurların ardıcıl xarakter daşıması bir daha ölkəmizdə idman siyasətinin proriter istiqamətlərdən olduğunu göstərir.
Bu gün Azərbaycanda gedən quruculuq-abadlıq işləri böyük vüsət alıb. Əgər görülmüş işləri sayası olsaq, onda sözün əsl mənasında onları sayıb qurtara bilməyəcəyik. Ona görə bu işləri ümumiləşdirib deyə bilərik ki, bəli, Azərbaycan öz inkişaf tempinə, ölkədəki siyasi sabitliyə və digər iqtisadi göstəricilərinə görə nəinki regionda, hətta dünyanın bir çox inkişaf etmiş ölkələri arasında öncül yerlərdən birini tutur!. Məhz ona görədir ki, Azərbaycanda gedən istənilən ictimai-siyasi proseslər həmişə dünya ictimaiyətinin diqqət mərkəzində olur.
Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində belə siyasi çəkişmələr, müharibələr gedir. Əərəb ölkələrində gedən proseslərə baxın. Ərazi və iqtisadi cəhətdən Azərbaycandan dəfələrlə böyük olan, Misir, İraq, Liviya, Suriya kimi ölkələrdə bir baxın nələr baş verir. Minlərlə hətta milyonlarla insanlar bu çəkişmələrin qurbanı olur, minlərlə insanlar öz dədə baba ocaqlarından didərgin düşür, bir sözlə böyük bir insan dramı yaşanır. Özü də bütün bunlar demokratiya carçıları olan Amerika, İngiltərə, Fransa kimi böyük dövlətlərin gözləri qarşısında baş verir. Müsəlman ölkələrində kiçik bir nöqsanı böyüdüb yersiz sensasiya yaratmağa çalışan, qeyri müsəlman ölkələrində (özlərində) isə insan hüquqlarının kobud şəkildə pozulmasını,insan zorakılığını görməməzlikdən gələn və ya buna başqa don geydirən belə "demokratiya" və onun carçıları kimə lazımdı? Fələstin kimi bir ölkəni zəlil vəziyyətə salan İsrail bəs nəyə görə bu üzdəniraq demokratlar tərəfindən qınanmır? Suriya və Misir kimi böyük müsəlman ölkələrində qətliamlar törədən bu üzdən iraq "demokratlar" bəs hara baxırlar? Özüdə bütün bu hadisələr necə deyərlər düz onların burunlarının ucunda baş verir. Dünyanın (böyük dövlətlərin) bu hadisələrə münasibətindəki anormallıq bir daha onu göstərir ki, çox vaxt müsəlman ölkələrinə qarşı yürüdülən siyasət ikili standartlara söykənir! Biz bunu bizə və bizim ölkəyə qarşı yürüdülən qərəzli siyasətdə də görürük. Azərbaycan xalqının Qarabağ kimi ağır bir problemi var. Artıq 23 ildir ki Torpaqlarının 20%-dan çoxu erməni qəsbikarları tərəfindən işğal olunmasına və bir milyondan artıq vətəndaşının öz dədə-baba yurdlarından didərgin düşməsi faktını Azərbaycan hökuməti və onun Prezidenti bütün beynəlxalq tədbirlərdə və beynəlxalq tribunalardan dəfələrlə dünya içtimayətinin nəzərinə çatdırmasına baxmayaraq, dünya susur. BMT kimi mötəbər bir təşkilatın Erməni qoşunlarının Azərbaycan ərazisini qeyri şərtsiz tərk etməsi haqqındakı dörd qətnaməsi hələ də yerinə yetirilməyib.Bütün bunlar onu deməyə əsas verir ki, bəli Azərbaycana qarşı yürüdülən siyasət qərəzlidir və ikili standartlara söykənir.Belə olan halda, azqala boğazlarını yırtaraq demokratiyadan danışan qərb mətbuatı, hansı demokratiyadan danışır?
Bəli, bizim ölkə qüdrətli ölkədir və biz hamımız bununla qürur duymalıyıq və duyuruqda.Kiçik məişət problemlərini azqala şişirdib qloballaşdırmağa çalışan qardaş və bacılarımıza səslənərək demək istəyirəm ki, ey gözəl insanlar bu kiçik nöqsanlar gec tez öz həllini tapacaq.Bu nöqsanlar ola bilsin ki, hansısa məmur səhlənkarlıgının və ya hər hansı bir MİS- rəhbərinin bürokratlığından irəli gələn çatışmamazlıq olsun, amma bütün bunları şişirdib beynəlxalq müstəviyə daşımaq, necə deyərlər düşmən dəyirmanına su tökmək deməkdir.Bütün bu kiçik saydıgımız nöqsanlar düşmənlərimizin əlinə necə deyərlər " kozur" verir və onlar Azərbaycan əlehinə kampaniyalarda bunlardan şişirdilmiş, həqiqətə uygun olmayan formada, beynəlxalq tribunalardan səsləndirirlər.
Qeyd etdiyimiz kimi Azərbaycan dövləti qısa zaman çərçivəsində böyük nəaliyyətlərə imza atmış bir ölkədir. Ölkəmiz durmadan inkişaf edir, çiçəklənir. Bu vüsəti və inkişafı hər birimiz görürük. Qonşu ölkələrdə və digər qonşu olmayan ölkələrdə gedən siyasi prosesləri hamımız izləyirik. Məhz Azərbaycan dövlətinin və onun Prezidentinin beynəlxalq aləmdə apardıgı düzgün siyasi kurs və balanslaşdırılmış siyasətin nəticəsidir ki, bugünkü gün bizim ölkəmizdə siyasi sabitlik və əmin amanlıq hökm sürür. Bu isə bizim həm beynəlxalq aləmdə və həm də öz daxilimizdə əldə etdiyimiz ən böyük uğurumuzdur. Gəlin hamımız bu sabitliyi qorumaq üçün hər birimiz öz öhdəmizə düşən işi ləyaqətlə həyata keçirək.