Arı havası ilə müalicə

24 İyun 2015 10:58 (UTC+04:00)

Qubanın Qrızdəhnə kəndində dağlar qoynunda xüsusi qaydada düzəldilmiş texnika qoşqusunun üzərində quraşdırılmış arı yeşiklərindən pətək havası alınır. Həm də Azərbaycanda ilk arı havası ilə müalicə kimi istifadə edildiyindən hamı buraya axın edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, uzun illərdir arıçılıqla məşğul olan Elxan Ələkbərov bu işdə Almaniya və Türkiyə təcrübəsindən istifadə etdiyini bildirib.

Onun sözlərinə görə, bu Azərbaycanda açılan ilk belə yerdir: "Yeni fəaliyyətə başlamasına baxmayaraq, burada müalicə almağa gələnlər az deyil. Qubanın Qırızdıhnı kəndinə gül-çiçəklər arasında arı havası ilə müalicənin saatı 5 manat təşkil edir. Arı pətəyi ilə müalicədən başqa yan tərəfdə bir otaq var ki, ancaq taxta üzərində setkaların arasından arıları görmək mümkündür. Burada arı yeşiklərinin üzərinə uzanaraq arıların titrəyişini hiss etmək olur. Bronxial asma, təzyiq, yuxusuzluq və digər bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar günlərinin bir neçə saatını burada keçirir. Müalicəyə yeni başlamalarına baxmayaraq, artıq bura gələn xəstələr müsbət nəticələr əldə etdiklərini bildirirlər. Bu müalicə üsulunun gələcəkdə də geniş tətbiq olunacağına inanıram. Gələcəkdə müalicənin qiymətləri bahalaşa da bilər".

Emin Kərimov