Bundan sonra “toylar kralı” titulunu hansı sənətçi daşıyacaq? FOTO

24 İyun 2015 10:26 (UTC+04:00)

Xalq artisti Səməd Səmədov maraqlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "toylar kralı" titulunu Manaf Ağayevə verdiyini deyib: "Artıq "toylar kralı" titulumu daşımaq istəmirəm. Həmin adı 20 il daşıdım, artıq mənə lazım deyil. Mənim ondan da böyük titulum var. Respublikanın xalq artisti Səməd Səmədov adından böyük heç nə ola bilməz. Bu gündən sonra "toylar kralı" titulumu Manaf Ağayevə verirəm".