Siçan qurğusu-əlcək formasında

24 İyun 2015 09:53 (UTC+04:00)

Hal-hazırda dünyada müasir kompüterdən istifadə edərkən siçan qurğusundan istifadə edilir. Noutbuk istifadəçiləri bu qurğudan azaddırlar. Lakin istifadəçilərin qalan təbəqəsi siçan qurğusundan gündə bir neçə saat istifadə edir. AirMouse Kanada kompaniyası yeni unikal siçan qurğusu yaradıb. Onu əlcək kimi ələ taxmaq olur. Bu simsiz siçan qurğusu lazerdən istifadə edir və bir həftə enerji doldurmadan azaddır. Belə qurğu işin sürətini çoxaldır və kompüterdə işi daha səliqəli və yorulmadan yerinə yetirməyə imkan verir.