Bakı növbəti festivala ev sahibliyi edəcək

23 İyun 2015 13:32 (UTC+04:00)

Noyabrın 15-dən 20-dək paytaxtımızda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNIMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə "Cırtdan" III Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, iyul ayının 1-dən festivalda iştirak üçün müraciət etmək olar.

Qeyd edək ki, festival "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilir.