Boksçumuzun rəqibi bəlli oldu

20 İyun 2015 09:49 (UTC+04:00)

"Bakı-2015" Avropa Oyunlarında Azərbaycan boksçusu Salman Əlizadənin rəqibi bəlli olub. Sİa-nın xəbərinə görə, 49 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa çempionumuz 1/4 final mərhələsində irlandiyalı Brendan İrvinle qarşılaşacaq.

İrvin 1/8 finalda bolqarıstanlı Tinko Banabakovu məğlub edib - 3:0. İrlandiya komandası Avropa Oyunlarından öncə Bakıda təlim-məşq toplanışı keçdiyindən hər iki boksçu bir-birini yaxşı tanıyır.

Əlizadə - İrvin qarşılaşması iyunun 22-i saat 13.30-da keçiriləcək.