Kişi taekvondoçumuzun rəqibi məlum olub YENİLƏNİB

19 İyun 2015 11:12 (UTC+04:00)

Kişilərin yarışında 80 kiloqramdan yuxarı dərəcədə dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulacaq Azərbaycan taekvondoçusu Radik İsayevin rəqibi məlum olub. Azərbaycan yığma komandasının üzvü, dünya və Avropa çempionumuz ilk görüşdə hollandiyalı Yeroen Vanroiy ilə qarşılaşacaq.

10:50

Avropa Oyunlarında bu gün mübarizə aparaq 2 taekvondoçumuzdan biri ilk görüşünü məğlubiyyətlə başa vurub. SİA-nın xəbərinə görə, belə ki, ilk olaraq qadınlar arasında keçirilən yarışda Marina Tedeyeva iştirak edib.

+67 kq çəkidə onun rəqibi ukraynalı Marina Koniyeva olub. İlkin raunddakı görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 4:10.

10:21

Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq. SİA-nın xəbərinə görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.

+80 kq çəki dərəcəsində yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azad olduğundan 1/4 finalda Jeron Vanruij (Hollandiya) – Ali Sarı (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.

+67 kq çəki dərəcəsində 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə 27 yaşlı ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək.