Bədii gimnastika üzrə təsnifat yarışları keçirilir

19 İyun 2015 10:37 (UTC+04:00)

Bu gün "Bakı 2015" Birinci Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə təsnifat yarışlarının növbəti mərhələsi başlayıb. SİA-nın məlumatına görə, gimnastlar fərdi həlqə, fərdi top, fərdi gürzələr, fərdi lent və fərdi çoxnövçülük üzrə mübarizə aparırlar. Bu gün fərdi çoxnövçülük üzrə yarışların final mərhələsi baş tutacaq.

Ölkəmizi yarışlarda Ayşən Bayramova və Marina Durunda təmsil edir.