Akrobat gimnastlarımız final mərhələdə çıxış edəcəklər

19 İyun 2015 10:30 (UTC+04:00)

Bu gün "Bakı-2015" Birinci Avropa Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə qadınlar arasında qrup - çoxnövçülük yarışlarının final mərhələsi başlayıb. SİA-nın məlumatına görə, ölkəmizi yarışlarda Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət komanda təmsil edir.