Türkiyə idman mətbuatında "Qalatasaray"ın "Mançester Yunayted"in forvardı Robin van Persini transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı. "Qalatasaray"ın baş məşqçisi Həmzə Həmzəoğlu iddiaların doğru olduğunu bildirib: "Komandamızı gücləndirəcək və azarkeşləri cəlb edəcək futbolçulara ehtiyacımız var. Heç bir məşqçi van Persinin transferinə yox deməz. Ümid edirəm ki, onunla razılığa gələcəyik".