Söndükcə arzuların,şəfqətli odu,
Şərəfsizlər baş qaldırdı,yerindən,
Dəyişdi dünyanın,şərəfli adı,
Şərəf köçdü, dünyanın üzərindən,
Yox yaşamaq asan deyil,bu halda..
Ya şərəfsiz ol,yaşa,ya da ki qalmaqalda.
Dörd divarın,ağuşu gözəl diyar cahanda.
Vurnuxduqca səslənir,vay hayın üzərindən.
Ad-sanlı olmaq üçün,axtardıqca ərbabı ,
Günü gündən,boşaldı ləyaqət-əxlaq qabı,
Mirzə Cəlil demişkən,"Göyə atdıq papaqı"
Sorağı gəldi bizə,düz ayın üzərindən..
Yoxsullar diz çökdükcə,varlıların önündə,
Varlılar var olacaq,zamanın hər günündə,
Toyuqlara toy tutan,bir xoruzun hinində,
Əxlaqı da,atdılar , hülyanın üzərindən..
Şərəfsizlərdən ötrü,qoyunlar alqış edir.
Susan ürkək baxışlar,bənzər hüsnü cəmala.
Yaz fəslini söz verib,qar yağdırır qış edir..
Qoyunlar qar yedikcə,heç inanmır bu hala,..
Orxan Abdullazadə