Müğənni Kərim Abbasov: "Hər il oruc tutmuşam. Bu il də ənənəmə sadiq qaldım".
Müğənni Elvin Abdullayev: "Hər il müqəddəs Ramazan bayramında oruc tutmuşam. Ancaq hazırda səfərdə olduğum üçün oruc tuta bilmədim. Vətənə dönən kimi oruc tutacam".
Müğənni Kamil Cəfərov: "Batumidəyəm. Azərbaycana qayıtdıqdan sonra oruc tutacam".
Müğənni Sənan Əliyev: "İldə bir dəfə əsl bayramı yaşamaq çox gözəldir. Onu da deyim ki, bir neçə gün bundan öncə artıq çəkidən xilas olmaq üçün pəhriz saxlayırdım. Ona görə də hazırda mənə oruc tutmaq o qədər də çətin deyil".
Bəstəkar-müğənni Nazim Məmmədov: "Bir ay niyyət etmişəm ki, oruc tutum. Ancaq iki ay mədəmdən müalicə olunduğum üçün Allahdan istəyirəm ki, mənə şərait yaratsın 1 ay orucumu tuta bilim. Narahatçılığım olmasın".
Aktyor Ruslan Sabirli: "Müqəddəs Ramazan ayı münasibətilə müsəlman dünyasını təbrik edirəm. Allah hər kəsin orucunu və dualarını qəbul etsin. Bu gün oruc tutmuşam. Onu da deyim ki, oruc tutanda ilk günü çətin olur. Amma mənim üçün hər şey normaldır. Çünki vaxtında yeyib, az hərəkət etdiyim görə oruc tutmaq mənə çətin olmur".
Rejissor Nail Naiboğlu: "Səhhətimdə problem olduğu üçün oruc tuta bilmirəm".