Ey dost,varlığın üçün çox da öyünmə
Verdiyini əlindən alandı Dünya.
O tərəf,bu tərəf çox da döyünmə
Onsuz da yalandı,yalandı Dünya.
Üzüm heç gülmədi zalım fələkdən,
Başım açılmadı hiylə kələkdən?
Özü də əlimnən bilərəkdən,
Sevgimi alandı ,alandı Dünya
Sənanam,Boşuna şeir yazmadım ,
Həmişə düz getdim yolumu azmadım,
Dostuma heç vaxtı quyu qazmadım,
Dostuma quyunu qazandı Dünya.
Sənan Dərgah