Almaniyanın kansleri Angela Merkel və ümumilikdə Almaniya rəhbərliyi Bakıda keçirilən iyunun 12-də Bakıda keçiriləcək ilk Avropa Oyunların açılış mərasiminə qatılmayacaq. "Azadlıq" qəzeti kimi qula çevrilən mətbu orqanlar bunu ölkəmiz üçün faciə kimi təqdim etsələr də, əslində, biz nə mütəəssir oluruq, nə də bunu dərd-sər kimi qəbul edirik. Gəlmir, gəlməsin də. Biz öz qonaqpərvərliyimizi göstərib dünyanın ən böyük tədbirlərindən birinə ev sahibliyi edirik. Pislik etmirik ki. Öz ölkələrində görmədiklərini də gəlib burda görəcəklər.
Bu xəbər eşidilən kimi bizim bəzi "şanlı" sayt və qəzetlərimizin sevinci ürəklərinə sığmır. Mən başa düşmürəm, Merkel nemesdir, biz isə türk, sizləri sevindirən nədir? Məgər Merkel Avropa Oyunlarına hazırlıqlar üçün Azərbaycana maddi yardım etmişdimi ki, indi də inciyib gəlməməyindən sizlər də sevinirsiniz? Həqiqətən də yazıq obaraza düşmək belə olur. Bunu sizlər şişirdirsiniz, Azərbaycanın heç bir dövlətin, xüsusilə də tarixçilərin "şeytan dövlət" adlandırdıqları Almaniyanın adi sözünə belə ehtiyacı yoxdur. Bunu anlamaq elə də çətin deyil. Bu günə qədər Azərbaycan haqqında qərəzli hesabatlar hazırlayan beynəlxalq QHT-lərin bir neçəsinin ofisi elə Almaniyadadır. Hitleri qəzəbli göstərən onun nemeslərə, almanlara olan sevgisi deyildi. Onu belə qəddar edən onun yəhudilərə olan nifrəti idi. Bunu onun ölümündən əvvəl "mən almanlara yazığım gəlir" deməsi də sübut edir. O, 12 yəhudi tərəfindən zorlanan anasının qisasını almaq üçün nə lazımdırsa etdi.
"İdmanın siyasiləşdirilməsi çox xoşagəlməz haldır"
Alman atletlər də Azərbaycanda həbsdə olan siyasətçilərin və jurnalistlərin azad olunması tələbi ilə Bakıda çıxış edəcəklərini bildiriblər. Amma bu, hansı siyasətçilər və jurnalistlərdirsə, izah etsinlər, biz də bilək. Başa düşmək olmur, alman atletlər Azərbayacanda mitinq eləməyə gəlir, yoxsa idman yarışlarında iştirak etməyə? Hər halda biz son dəqiqəyə qədər səbr nümayiş etdirəcəyik. Ancaq necə deyərlər, cızığından çıxmaq istəyən kim olursa-olsun, burada alqışla qarşılanmayacaq.
Məsələyə münasibət bildirən Azərbaycan-Almaniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü, millət vəkili Rövşən Rzayev də bildirib ki, bu ermənilərə ürəkləri yanan, ölkəmizə qarşı düşmən mövqedə olan siyasi qrupların Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir: "İdmanın siyasiləşdirilməsi çox xoşagəlməz haldır. Heç bir atlet, idman komitəsi başqa düşüncədən çıxış etməməlidir. Bunlar yalnız idman yarışı ilə bağlı öz fikirlərini irəli sürə bilərlər. Bunlar hamısı ölkəmizə qarşı düşmən mövqedə olan siyasi qrupların Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Məsləhət görərdim ki, idmanla bağlı fikirlər səsləndirsinlər. Digər dövlətlərin maraqlarından çıxış edərək Azərbaycanda hər hansı bir siyasi müzakirə aparmağa ehtiyac yoxdur. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşıdır".
Diqqət edin! Alman Olimpiya Komitəsinin (AOK) atletika komissiyasının sözçüsü "Frankfurter Allgemeine" qəzetinə deyib ki, biz idmanı kənara qoyaraq, Bakıdakı vəziyyətlə və ilk Avropa Oyunları ilə bağlı BMT-nin xüsusi məruzəçisinin tələbinə qoşuluruq: "Onu qeyd etmək istəyirik ki, hansı ölkədə insanlar həbs olunursa və insan haqlarının qorunması uğrunda mübarizə aparan insanlar həbslə üzləşirsə, bu, bütün ölkələrə aid edilməlidir".
O zaman biz də idmanı kənara qoyub siyasətbazlıqla məşğul olmaq istəyən faşist balalarını hər nə yollasa yarışdan kənarlaşdıra bilsək, necə olacaq?
"Müsavat bu bəyanatla guya iqtidara zərbə vurmaq istəyir, hansı ki, bu zərbə Azərbaycan dövlətinə və millətinə dəyir"
İçimizdəki sapı özümüzdən olan baltalar, əsl erməni sindromunu daşıyanlar var ikən biz almanları, Merkeli, onların idmançılarını necə qınayaq!? Tutaq ki, almanlar bizlik deyil, nə deyirlərsə desinlər. Bəs Müsavatın I Avropa Oyunlarını boykota çağıran bəyanatını necə anlayaq? İqtidarla yanaşı, müxalif cəbhəsində də etirazla qarşılanan bu axmaq bəyanat erməni dəyirmanına su tökmək deyilmi? Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Müsavat bu bəyanatla guya iqtidara zərbə vurmaq istəyir, hansı ki, bu zərbə Azərbaycan dövlətinə və millətinə dəyir: "I Avropa Oyunları siyasətdən kənar bir prosedur kimi xalqların bir-birinə yaxınlaşmasına xidmət edir. Ona görə də idman oyunlarını heç bir tərəf siyasi alətə çevirməməlidir. Bu oyunların keçirilməsi iqtidarın yox, Azərbaycan xalqı və dövlətinin maraqlarına aid olan məsələdir. Ona görə də indiki mərhələdə Müsavatın I Avropa Oyunlarını boykota çağıran bəyanatı millətin və dövlətin maraqlarına ziyandır. Çünki oyunlar pozularsa və ya gözlənilən turist axını olmazsa, hökumətin oyunların keçirilməsinə xərclədiyi pullar batar. Bu da dövlət büdcəsinin vəziyyətini ağırlaşdırar və vətəndaşların sosial-iqtisadi vəziyyəti pisləşməsinə səbəb olar".