Qərb artıq müxalifətə inamır. Xüsusilə, ənənəvi müxalifətə. Qərb bu müxalifətə inanmır ona görə ki, uzun illər boyunca onlara verdikləri təlimatlar istənilən, yəni istədikləri nəticəni verməyib. Beləliklə, Qərb siyasi dairələrinin gah bu, gah da digər formalarda Azərbaycan iqtidarına qarşı radikal müxalifətin əli ilə göstərdikləri təzyiqləri onlara heç bir səmərə verməyib. Xərclənən yüz minlərlə dollar və avrolar isə havaya sovrulub. Havaya dedikdə, radikal müxalifətin cibinə. Əbəs yerə deyil ki, bu gün Əli Kərimli və İsa Qəmbər kimi "liderlərin" sahib olduqları evlər, villalar, avtomobillər, nəmxuda iki-iki, üç-üçdür. Övladları da ki, xarici ölkələrdə kef çəkməklə məşğuldurlar.
Əli Kərimlinin hoydu-hoydu çıxışları ona heç bir səmərə vermir, Arif Hacılı isə hələ də sabiq başqan İsa Qəmbərin dediyi ilə oturub-durur
Beləliklə, Qərb müxalifətə nə inanır, nə də etibar edir. Bunun isə qeyd edilən səbəblərdən başqa digər səbəbləri də var. Məsələn, "Milli Şura"nın sonuncu mitinqi bibarçı sonluqla nəticələndi. Müsavatda parçalanmaların qarşısı alınmır, AXCP də eyni bənzər hadisələri yaşamaqdadır. Artıq bu partiyaların nə adları, nə də mövcudluqları var. Sadəcə, həm Müsavat, həm də AXCP heç bir çıxış yolu tapa bilmədiklərinə görə, əllərini yenidən Qərbə sarı uzatsalar da, onların əlləri havadaca asılı qalıb. Məsələn, Əli Kərimlinin hoyu-hoydu çıxışları da ona heç br səmərə vermir. Müsavatın başqanı Arif Hacılı isə hələ də sabiq başqan İsa Qəmbərin dediyi ilə oturub-durur. Bununla da Qərb görür ki, indiyə qədər onlara xərclədikləri pul-paralar havaya sovrulurmuş. ATƏT, Aİ, AŞPA kimi qurumlar isə, ümumiyyətlə, həmin tərəfləri müxlaifət hesab etmir. Fakt göz qabağındadır.
ATƏT sədrinin Əli Kərimli, Arif Hacılı ilə görüşməkdən imtina etməsi bütün bunların cavabını kifayət qədər vermirmi?
Bu arada daha bir fakt özünü sübuta yetirmiş olub. Bildiyimiz kimi, Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb. Lakin o da bəlli olub ki, ATƏT sədrinin yalnız Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir.
Nəticədə Milli Məclisdə təmsil olunmayan AXCP və Müsavat partiyası və digər partiyalar görüşə dəvət edilməyib. AXCP və Müsavatdan isə bildirilib ki, onlara görüşdə iştirakla bağlı, ümumiyyətlə, dəvət gəlməyib.
Ancaq həmin partiyalar nəyə görə ATƏT sədrinin onlarla görüşməyəcəyini səbəb kimi araşdırmayıblar. Araşdırmayıblar ona görə ki, yuxarıda qeyd eidlən faktları özləri də etiraf etməli olacaqlar. Etiraf etməli olacaqlar ki, Qərb təşkilatları hazırda onları veclərinə almadıqları üçün bir kənarda paslanmaqda davam edirlər. Etiraf etməli olacaqlar ki, xlaq, ictimai rəy onları nəninki müxlaifət partiyalarının sədrləri, heç kiçik dərnək diektorları kimi də qəbul etmirlər. Ona görə də əlləri üzü Qərbə sarı havada və asılı vəziyyətdə qalıb.
Görünür, belə də qalacaq. Daha yararsız əllər və düşüncəsiz beyinlər Qərbə lazım deyil. Məgər ATƏT sədrinin Əli Kərimli, Arif Hacılı ilə görüşməkdən imtina etməsi bütün bunların cavabını kifayət qədər vermirmi? Yaxşı olardı ki, bu sualın cavabını elə Kərimli ilə Hacılı özləri versələr yaxşıdır. Bəlkə fikirləşib, ömürlərində bircə dəfə də olsa, düz söz danışarlar...