Bu gün Azərbaycanda gedən quruculuq-abadlıq işləri bir daha onu deməyə əsas verir ki, bəli, ölkəmiz sürətlə inkişaf edir, gözəlləşir və iqtisadi qüdrətini daha da artırır. Bütün bunlar reallıqdır və bunu tək biz yox, eyni zamanda okeanın o tayında və bu tayında olan, öz şablon çıxışları ilə daim özlərini demokratiya carçısı kimi təqdim etməyə çalışan ''dostlarımız" da etiraf edirlər. Yəni bunu (bu tərəqqini) görməmək üçün, necə deyərlər, gərək kor olasan.
Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları da ölkəmizə verilən böyük dəyərin göstəricisidir. Həm də, dünyada qazandığı, hörmətinin, nüfuzunun təntənəsidir. Təbii ki, Azərbaycan xalqı bu mötəbər tədbirin gözəl və qüsursuz keçəcəyinə əmindir. Bunun üçün bütün texniki, təşkilati işlərdə yüksək səviyyədə görülüb. Ancaq tədbirdə hər hansı bir xoşagəlməz hadisənin olmasını arzulayan xarici maraqlı qüvvələr də var (şübhəsiz, onların arzuları gözlərində qalacaq - İ.T). Elementar davranış qaydalarında kifayət qədər qüsurları olan bu insanlar az qala bizə ölkəmizdə necə yaşamaq qaydalarını da öyrətməyə çalışırlar. Özlərinin üzdəniraq yaşam tərzlərini isə bizə analoqu olmayan bir etalon kimi qəbul etdirmək istəyirlər.
Burada bir haşiyə çıxmaq istəyirəm; belə ki, müqəddəs kitabların hamısında belə üzdəniraq aktlar (eyni cinsdən olan "ünsürlərin" evlənməsi) nəinki qəbul edilmir, hətta bunların böyük günah olduğu göstərilir. Bəs belə olan halda bu dırnaqarası dostlar bizə nəyi qəbul etdirmək istəyirlər? Diqqət etsəniz, görərsiniz ki, hər fürsətdə yüksək tribunalardan Azərbaycanın imicinə kölgə salmağa və uydurduqları dezinformasiyaları həqiqət kimi təqdim etməyə çalışan bu üzdəniraq "demokratiya" carçıları həm də özlərini bizim əsil dostlarımız kimi qələmə verməyə cəhdlər göstərirlər. Hər addımda Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa çalışan bu insanlar (dövlətlər) ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərə belə qısqanclıqla yanaşır və bu tədbirlərin beynəlxalq arenada qüsurlu olduğunu yalandan yaymağa çalışır və bəzi hallarda, buna nail də ola bilirlər. Belə dezinformasiyaların yayılmasında, çox təəssüflər olsun ki, bir çox hallarda, necə deyərlər, sapı özümüzdən olan " baltalar"ın da xüsusi rolu var. Əlləri hər yerdən üzülən bu hoqqabazlar hər addımda öz mənfur niyyətlərini həyata keçirmək üçün hər addımı atırlar.
Bu addımlardan biri də ölkəmizə idxal olunan mənşəyi məlum olmayan və birbaşa xalqımızın genefonuna ağır zərbə vurmaq üçün nəzərdə tutulmuş , genləri modifikasiya olunmuş meyvə və tərəvəzlərdir. Bu işlərdə öz biznes maraqlarını hər şeydən üstün tutan üzdəniraq iş adamları artıq öz maraqlarından keçməlidirlər. Çünki indi millətin gələcəyi, türk qardaşlarımız demişkən, söz konusudur. Artıq bu məsələnin həllinin çoxdan çatdığını desək, yanılmarıq.
Əvvəlcə kənd təsərrüfatı sahəsinə, necə deyərlər, bir ekskurs edək. Ölkə iqtisadiyyatının əsas sahələrindən birini təşkil edən bu sahə özündə geniş iqtisadi potensialı birləşdirir.
Dövlət başçısının bir neçə gün öncə kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafı, məhsul bolluğu və istehsal olunan məhsulların xarici bazarlara çıxışı, ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi kimi tövsiyələri öz əksini tapmışdır. Bütün bunlar kənd təsərrüfatı kimi iqtisadiyyatın digər sahələrinin də dövlət başçısının daim nəzarəti altında olduğunu göstərir. Eyni zamanda vaxtilə yüzlərlə, hətta minlərlə hektar torpaq sahələrini "qamarlayan" işbazlar bu sahələri öz təyinatı üzrə işlətməmələri nəticədə kənd təsərrüfatının bu sahəsində bir boşluq yaradıb. Dövlət başçısının bir neçə gün öncə məlum çıxışında bu mövzuya toxunaraq bildirmişdir ki, təyinatı üzrə işlədilməyən (istifadə olunmayan) torpaqlar həmin insanlardan geri alınacaq. Bu çıxışdan sonra rayonlarda böyük əkin sahələrini, necə deyərlər, zəbt eləmiş bu insanlar yəqin ki, öz biznes maraqlarına yenidən baxmalı olacaqlar.
Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələri ilə həm iqtisadi-siyasi və həm də ticari əlaqələrimiz var. Bununla yanaşı, inkişaf etmiş ölkələrdən lazım olan müsbət təcrübələrdən də istifadə etməliyik. Məsələn, Hollandiya inkişaf etmiş aqrar ölkəsidir. Bu ölkənin aqrar sahəyə aid təcrübəsindən istifadə edə bilərik. Daha heç kəs məcbur edə bilməz ki, biz hollandların yaşam tərzi ilə yaşayaq. Hər bir xalq kimi, Azərbaycan xalqının da özünə məxsus mentaliteti, adət-ənənəsi var və bunu qorumağa hər birimiz borcluyuq!