Ölkəmiz yerləşdiyi qitənin ən möhtəşəm tədbirlərindən birini təşkil etmək ərəfəsindədir: I Avropa Oyunları yalnız ölkəmizin deyil, eyni zamanda qitənin idman tarixində yeni bir mərhələnin əsasıni qoyacaq. Avropa oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsi ölkəmiz üçün sadəcə geo-siyasi və geo-iqtisadi deyil, eyni zamanda sosial əhəmiyyət daşıyır. Ölkə Prezidentinin şəxsi təşəbbüsü və dəstəyi ilə reallaşan bu möhtəşəm ideya həmçinin sadə vətəndaşlarımızın da gündəlik yaşamına müsbət təsir edəcək sosial layihədir. Eknometrik qiymətləndirmələr də göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır.
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri var. Əvvəlla, bu oyunların təşkil edilməsi ölkəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə birbaşa sahibkarların, işçilərin bir sözlə sadə vətəndaşlarımızın da faydalanmasına səbəb olacaq. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ölkəmizə gələn turistlərin sayının artması səbəbindən fərdi sahibkarların da əlavə gəlir əldə etməsinə səbəb olacaq. Turizm sektorunun Avropa oyunlarının keçirilməsindən ən çox qazanan sahə olduğunu nəzərə aldıqda sözügedən oyunların təşkili həmin sektorda çalışanların sosial təminatının daha yaxşılaşdırılması baxımdan vacibdir. I Avropa Oyunları keçirilən müddətdə xeyili sayda turist ölkəmizə səfər edəcək. İlkin qiymətləndirmələrə görə, yalnız turizm sektoru bu oyunlarının təşkilindən təxminən 200 milyon dollar gəlir əldə edəcək. Bu vəsaitlər isə təbii ki, birbaşa sahibkarların və hətta müxtəlif turizm xidməti göstərən sadə vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Digər tərəfdən, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Ölkəyə gələn turist müxtəlif xidmətlər faydlanır və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq ki, bu da eyni zamanda strateji sosial gəlirlər deməkdir. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə biləcək.
İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. Güman olunur ki, bu möhtəşəm oyunların ölkəmizdə təşkil edilməsi dövlət büdcəsinə daxil olmalara müsbət təsir göstərəcək. İqtisadiyyatın müxtəlif sektorlarında xərcləmələrin artması əlavə vergi ödənişi imkanları yaradır ki, bu da büdcənin birbaşa daxilolmaları baxımdan olduqca vacibdir. Deməli, büdcə sosialın öhdəliklərinə müsbət təsir göstərəcək. Bundan isə sadə vətəndaşlarımız birbaşa faydalanmaq imkanları əldə edəcəklər.
Üçüncüsü, ölkəmizə gələcək turistlərin yalnız paytaxtda deyil, eyni zamanda regionlara getməsinin gözlənilməsi və məhz orada əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Regionlarda fəaliyyət göstərən fərdi sahibkarlar və eləcə də müxtəli xidmətlə təklif edən vətəndaşlarımız sözügedən oyunların ölkəmizdə təşkil edilməsi nəticəsində öz gəlirlərini daha artıra biləcəklər.
Dördüncüsü, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhvə verəcək yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu is növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək.
Beşincisi, bu möhtəşəm oyunlarının keçirilməsikiçik və orta sahibkarların gəlirlərin artmasına imkan yaradacaq. I Avropa Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması demək olacaq. Hətta taksi sürücüləri də I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər. Turistlərin oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların faydalanmasına yönələcək. Bir məsələyə də diqqəti cəlb etmək istərdim ki, oyunları təşkili ilə bağlı ayrıan vəsaitlər çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilmişdir. Bu isə o deməkdir ki, sahibkarlarımız hətta oyunlar təşkil edilənədək I Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən sosial xeyir əldə edə biliblər. Eyni zamanda I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir qismi daimi olmaqla şərti ilə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımdan olduqca əhəmiyyətli məqamdır.
Nəhayət, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı olaraq aparılan infrstruktur işləri xeyili sayda yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Bu iş yerlərinin əhəmiyyətli hissəsi eyni zamanda daimi iş yerləridir. Praktik olaraq, inkişaf etdirilən infrastruktur artıq imkan vermişdir ki, vətəndaşlarımız yeni iş yerlərinin yaradılması vasitəsi ilə oyunlar keçirilənədək bu təşəbbüsdən sosial baxımdan faydalana biliblər.
Deməli, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm sadə vətəndaşların, həm də sahibkarların gəlirlər əldə etməsi baxımdan kifayət qədər müsbət sosial təsirlərə malikdir. Bu isə sözügedən təşəbbüsün ölkəmiz üçün strateji sosial layihə olması anlamına gəlir.