Türkiyə sərnişin təyyarəsi istehsal edəcək

28 May 2015 23:58 (UTC+04:00)

Türkiyənin ilk milli sərnişin təyyarəsi 2019-ci ildə istifadəyə veriləcək. Türkiyənin baş naziri Əhməd Davudoğlu 2019-ci ildə müasir texnologiya ilə təchiz olunmuş, 70 nəfərlik sərnişin təyyarəsi ilkin vaxtlar yerli avia şirkətlərdə istifadə olunacaq.

Qeyd edək ki, təyyarəni hazırlayacaq STM şirkətinin rəhbəri Davut Yılmaz layihənin 1,5 milyard dollar dəyərində olacağını bildirib. Onun sözlərinə görə Türkiyə ilkin dövrdə 32 təyyarənin istehsalı barədə düşünür. Gələcəkdə isə bu təyyarələrdən hərbi və fövqəladə hallar üçün də istifadə olunacağı gözlənilir.