Artıq parola ehtiyac qalmayacaq. Hansısa bir hesabınıza daxil olarkən parol yerinə sizin fəaliyyətiniz haqqında suallar veriləcək. ABŞ alimlərinin hazırladığı ''Aktivpass'' sistemi adlı layihə artıq sınaqdan da keçirilib. Barmaq izi və göz rəngi kimi tanınma şifrələrinə yenisi əlavə olunur. Təhlükəsizlik tədbirləri yeni şifrələnmə sistemlərinin təkmilləşməsini də zəruriləşdirir. Bu məqsədlə yeni şifrələmə sistemlərində istifadəçinin fəaliyyəti üzərində qurulacaq suallara da yer veriləcək.
Şifrə istəyən hər hansı vasitədən istifadə etdikdə istifadəçiyə parolla yanaşı suallar veriləcək. Və bu suallar istifadəçinin gün ərzində, eləcə də əvvəlki aktivliyi barəsində olacaq.
Hindistan və ABŞ alimlərinin birgə hazırladığı ''Aktivpass'' sistemi adlı layihə sınaqdan da keçirlib.70 nəfər arasında aparılan sınaq nəticəsimdə yeni sistemin dəqiqliyi 95%-ə çatıb. Ekspertlər hesab edir ki, yeni şifrələmə sistemi təhlükəsizliyi daha möhkəm qoruyacaq
Ekspert Cahid İsmayılov deyir ki, yeni sistem ilkin mərhələdə parolla paralel tətbiq olunacaq. Müəyyən müddət təkmilləşdirildikdən sonra artıq parollara da ehtiyac qalmayacaq.