"Vətən" ŞEİR

27 May 2015 17:47 (UTC+04:00)

Yaşamsız bir torpaq Vətən deyildir

Həyat bəxş edilən torpaq Vətəndir!

Dünyada hər şeydən dəyərli olan

İnsanı yaşadan torpaq Vətəndir!

Kamil insan üçün dünyadı Vətən

Xoşbəxtlikdir olmaq övladı Vətən!

Dar gündə yolunda canindan keçən

İgid ərlərilə Vətəndir,Vətən!

Vətən eşqi ilə döyünən ürək

Vətən naminə də qorunsun gərək

Vətəni əbədi yaşadaq deyə

Yetər ki nəfsə yox, haqqa söykənək!

Haqq yolunda olan Dövlət güclənər

Düşmən qüvvələrə tək sinə gərər!

Ümumxalq birliyin təntənəsində

Millət qalib gələr,Vətən sevinər!

Vətən, dövlət, xalqım – birlikdə canım

Onları mümkünmü təklikdə anım?!

Birgə nəfəs alıb birgə döyünən

Ürək tək varlığım -Azərbaycanım!

Vətənimdir,Vətənimdir, Vətənim!

Həsən Kamiloğlu