İlklərə imza atmaq hər bir kəsin arzusudur, əğər bu bir dövlət səviyyəsində həyata keçirilirsə, o zaman daha çox möhtəşəmliyi ifadə edir və bir xaqlqın qürur tarixinə çevrilir. Amma sevinclərlə bərabər məyyus olduğun məqamlarlada rastlaşırsan...
Çox təssüf ki, bu zaman kəsiyində dostun ilə bərabər, istəsən də, istəməsən də dostun olmayanları da tanımaq və nəticə çıxarmaq məcburiyyətində qalırsan...! İnsan doğululduğu andan hansısa hissləri özündə cəmləməyə, tərbiyə aldığı ailənin xüsusiyyətlərini əks etdirməyə, göz açdığı torpağının qoxusunu nəfəsinə çəkməyə, çörəyinin bərəkətini hiss etməyə başlayır. Bütün bunların önündə isə ana südü ilə canına hopan sevgi, illər geçdikcə dahada səni sən edir və cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. Bu torpaq sevgisidir, Vətənə bağlılıqdır !!!! Bu elə bir sevgidir ki, ona olan məhəbbətdən kövrəlməkdə olur, yolunda candan keçməkdə! Bu elə bir sevgidir ki, bir parçası yadlarda olanda içindəcə yanmaqdır, intiqam hissidir! Bu elə bir sevgidir ki, üç rəngli bayrağın dalğalananda, qürurla bu mənim elimdir deməkdir!
Həzrət Əlinin gözəl bir kəlamı var: "Söz dərman kimidir, azı xeyirli, çoxu zərərli olur". Çox təəssüf ki, bu kalamı unudanlar, özlərinin və sözlərinin dəyərsiz olduğunu bilə-bilə, yenədə zəhərləri ilə çılızlığını sərgiləməkdən çəkinmirlər... Belələri yuxarıda qeyd etdiyim əsil insani keyfiyyətlərdən çox-çox uzadır... Səbəb?! Səbəb isə elinə, xalqına, torpağına xəyanətdir ! Belələri güya gələcək üçün "narahat" olub, dünənini unudanlar, bu gününə naxələf çıxanlardır!
Dünənini unudanlar üçün tarixə nəzər!
Dünənini unudanlar anlamalıdır ki, indi 1990-cı illərin əvvəli deyil. O dövrdə baş verən hadisələri kimsə unutmayıb və bu heç vaxt təkrarlanmayacaq! 1990–1992-cı illər.... Siyasi və iqtisadi böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağda erməni separatçılarının işğalı, şimal və cənubda isə etnik yönümlü təxribatlarla üzləşən, vətəndaş müharibəsi ərəfəsində olan respublikamızda əhali ümuidsizlik ovqatında, bədbin əhvalda, sabaha inamsızlıq ruhunda idi. Vətəndaşlarımız birmənalı olaraq, belə hesab edirdilər ki, Azərbaycanı məhvolma təhlükəsindən xilas edəcək yeganə amil məhz Heydər Əliyev faktorudur. Hələ 1991-ci ilin ortalarından etibarən ölkəmizin müxtəlfi bölgələrində insanların kütləvi şəkildə toplantıları keçirilir və Heydər Əliyevin fəal siyasətə qayıtması tələb olunurdu. 1993-cü ildə xalqın tələbilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev çox dəqiqliklə bilirdi ki, erməni təcavüzünün qarşısını almaq və onun ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyü və təhlükəsizliyini təmin etmək, xalqın sosial rifahına yönələn islahatlar aparmaq üçün dünya birliyi ilə sıx siyasi-iqtisadi inteqrasiyaya girmək lazımdır.
Qeyd edək ki, sözün həqiqi mənasında, xalqın çörəyə möhtac olduğu həmin dövr və məlum siyasi reallıqlar fonunda bu işə birdən-birə nail olmaq qeyri-mümkün idi. Çünki dünya dövlətləri Azərbaycana çox ehtiyatla yanaşır və onu qeyri-ciddi tərəfdaş kimi qəbul edirdilər. Deməli, ilk addım kimi beynəlxalq ictimaiyyəti ölkəmizlə qarşılıqlı əməkdaşlıq əlaqələri və münasibətlərinin qurulmasının faydalı olacağın inandırmaq tələb olunurdu. Bu inam həm də çox qısa zamanda qazanılmalı idi ki, bunun da öhdəsindən yalnız cənab Heydər Əliyev gələ bilərdi və gəldi də! İlk olaraq atəşkəsə nail olan mərhum Prezident, çox qısa müddətdə - 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu sənəd əslində xarici dövlət, təşkilat və şirkətlərin müstəqil Azərbaycana olan inamının başlanğıcı və növbəti irimiqyaslı beynəlxalq müqavilələrin təntənəsi idi...
Millətinə və tarixə dönük çıxanlar
Yenə əl–ayağa düşüblər, boş söhbətləri, yaşlarının ahıl vaxtında mənasız açıqlamaları ilə çılızlıq nümayişindədirlər. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca anti-Azərbaycan şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür.
Bununla belə məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil! Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. Ancaq o da maraqlıdır ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdırlar. Digər tərəfdən müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır.
Kürklərinə birə düşənlər bu dəfə də Bakıda keçiriləcək Avropa oyunlarından narahatdılar... Çünki ölkəmizə təşrif buyuracaq dünya miqyasında idmançı, jurnalist, televiziya işçisi, idman xadimi və tamaşaçıların iştirakı ilə keçirilən olimpiada da bir daha Azərbaycanın qüdrətli, demokratik dövlət olduğunu, insanlar və ölkələr arası sülhün bərqərar olması istəyində olan bir xalq olduğunun şahidi olacaqlar. Bu isə çoxlarına sərf eləmir, çünki niyyətləri və xəyallarında yaratdıqları dünyaya tərs gəlir bu uğur! Mən başaqa dövlətləri rəqabət olduğundan, qısqançlığını anlayıram . Bəs görəsən illərdir bu torpağın çörəyin yeyənlər nədən elinə xəyanətkar mövqe sərgiləyir?! Elinə xəyanət edənin gözü kor olur deyirlər! Tor bağlamış gözlərinizin, qaranlığa qərq olmasını istəməyirsinizsə, haqq yolunu tutun! Haqq yolunu tutun ki, tarixinn utanc səhifəsində yer almayasınız !!!