Amerika Birləşmiş Ştatlarında Kosmos Texnologiyaları Sərgisinə qatılan "Xcore" şirkəti yaxın zamanda kosmosa 30 dəqiqəlik turların başlayacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kosmik gəmiləri və peykləri, dizayn, istehsal və test zamanı istifadə olunan kosmik texnologiyalarını bir araya gətirən Kosmos Texnologiyaları Sərgisi ABŞ-ın Lonq Biç şəhərində keçirilib. "Long Beach Convention Center"də reallaşdırılan sərgidə, kosmos kapsulları, raket mühərrikləri, kosmos kostyumları, teleskoplar, maket kosmos gəmisi və peyklər sərgilənib. Sərgi boyunca davam edən konfranslarda, Amerika Milli Aviasiya və Kosmos Agentliyi (NASA) mütəxəssislərinin moderatorluğu ilə kosmos texnologiyalarının çox məqsədli istifadə vizionu (qeyri-kommersiya, hərbi) və bu sahədəki yeni inkişaflar müzakirə edilib. Sərgidə ən çox maraq obyektinə çevrilən "Xcore" kosmos şirkəti, çox yaxında kosmosa 30 dəqiqəlik turlarının başlayacağı açıqlayıb. Belə ki, bu turlara qoşulanlar kosmik gəmiyə mindikdən 15 dəqiqə sonra təxminən 110 km yuxarıda, cazibə qüvvəsinin olmadığı bir mühitdə 5 dəqiqə qalaraq dünyanı və kosmosun dərinliklərini görmə şansı əldə edəcəklər.