46 dərəcə istidən 31 nəfər öldü

22 May 2015 04:44 (UTC+04:00)

Hindistanın cənub hissəsində havanın temperaturunun yüksəlməsi 31 nəfərin ölümünə səbəb olub. Meteoroloqlar bu bölgələrdə temperaturun 46 dərəcəyə çatdığını bildiriblər. Qeyri-rəsmi hesablamalara görə, ölənlərin sayı 50-dən çoxdur.

Rəsmilər insanları gündüz saatlarında küçədə gəzməməyə çağırıb.