FHN-dən yanğın açıqlaması

21 May 2015 13:09 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xızı rayonu ərazisində Biləcəri-Yalama istiqaməti ilə hərəkətdə olan sərnişin elektrik qatarında baş verən yanğınla bağlı açıqlama yayıb. SİA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, qatarının 2 vaqonu və qismən lokomotivi yanıb.

Yanğından qatarın qalan hissəsi mühafizə olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.